Neft kəmərində qəza baş verib

Neft kəmərində qəza baş verib

Kanadanın qərbində Alberta əyalətindən keçən neft kəmərində qəza baş verib. SİA-nın rus mətbuata istinadən verdiyi xəbərə görə, borunun zədələnməsi nəticəsində Pis-River çayına və ətraf ərazilərə 25 min barel neft axıb. Qəzanın nəticələrinin aradan qaldırılması məqsədi ilə hadisə yerinə mütəxəssislər cəlb olunub.

 

Bir neçə həftə ərzində ətraf mühitin neftdən təmizlənməsi prosesi həyata keçiriləcək. Təhlükəsizlik tədbirləri çərçivəsində həmin boru ilə neftin nəqli dayandırılıb. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə