Türkiyə təhlükəsizlik qüvvələrinin Tunceli vilayəti ərazisində keçirdiyi antiterror əməliyyatında zərərsizləşdirilən terrorçulardan biri axtarışda olub.
AZƏRTAC xəbər verir ki, məhv edilən terrorçuların şəxsiyyəti müəyyən edilərkən onlardan birinin “Savaş Fırat” ləqəbli Yahya Atmaca olduğu aydınlaşıb. Daxili İşlər Nazirliyi (DİN) onun ələ keçirilməsinə 1 milyon türk lirəsi (təxminən 142 min ABŞ dolları) vəsait ayırmışdı. Terrorçu Y.Atmaca 2011-ci ildə bir polis zabiti və onun həyat yoldaşının öldürüldüyü terror aktında və digər cinayətlərdə ittiham olunurdu.
DİN-in digər məlumatına görə, Siirt rayonu ərazisində keçirilən antiterror əməliyyatında silahlı müqavimət göstərən iki terrorçu məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB