Ermənistan-Gürcüstan parlamentlərarası dostluq qrupu yenidən fəaliyyət göstərəcək

Ermənistan-Gürcüstan parlamentlərarası dostluq qrupu yenidən fəaliyyət göstərəcək

Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Samvel Balasyan yaxın zamanda Gürcüstana səfər edəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın Ermənistandakı səfiri Tengiz Şarmanaşvili ilə görüşü zamanı vitse-spikerin özü deyib. Səfər çərçivəsində vitse-spiker Ermənistan-Gürcüstan parlamentlərarası dostluq qrupunun yeni rəhbəri ilə görüşəcək. O, eyni zamanda bildirib ki, hər iki dövlətin parlamentləri arasında əlaqələrin dərinləşməsi dövlətlər arasında mövcud olan dostluq münasibətindən irəli gəlir.

 

Öz növbəsində səfir Şarmanaşvili uzun sürən fasilədən sonra iki dövlət arasında parlamentlərarası dostluq qrupunun fəaliyyətə başlaması istiqamətində atılacaq addımları müsbət dəyərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə