Cənubi Sandviç adalarının sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

Cənubi Sandviç adalarının sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

Atlantik okeanının cənubunda yerləşən Cənubi Sandviç adalarının sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

SİA əbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Uşuaya şəhərindən 2561 km şərqdə, ocağı isə mənbəyi 10 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra sunami təhlükəsi barədə məlumat verilməyib.

Qeyd edək ki, Cənubi Sandviç adalarında daimi yaşayış yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə