Əhmədinejaddan sərt bəyanat: “Düşmənlərə əsla sui-istifadə etməyə imkan verməyəcəyik”
Düşmənlərin ölkədəki bəzi daxili məsələlərlə sui-istifadə etməsinə əsla imkan verməyəcəyik. SİA-nın xəbərinə görə, bunu İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad deyib. İran prezidenti ölkəni güclü idarə etmək yolu ilə islami quruluşun effektiliyini sübuta yetirməli olduqlarını bildirib: "Düşmənlər illər boyu insanlara bu firki təlqin eməyə çalışıblar ki, İran İslam Respublikası effektiv deyildir, çox ola bilər ki, onlara bağlı ünsürlər planlaşdırmada elə hərəkət edirdilər ki, İran İslam Respublikasının effektiv olmadığını sübuta yetirsinlər, odur ki, islami qurulişa ən böyük xidmət İranının effektivliyini sübuta yetirməkdən ibarətdir və hökumət bunu özünün vəzifəsi bilir".
Əhmədinejad xaricdəki qüvvələrin İrandakı quruluşda çat əmələ gəldiyi barədəki təbliğatına toxunaraq, deyib: "Dünyadakı zülm və istibdad sistemləri, alçaq və qeyri-qanuni sionist rejimi bilməlidirlər ki, Əhmədinejad allahın köməyinə, əqidə və ideologiyaya əsaslanaraq və plan əsasında onlarla düşmənçilik edir, sondək və onlar məhv olanadək bu yoldan çəkilməyəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB