Türkiyənin Ağrı vilayətininə yağan güclü yağış böyük fəsadlar yaradıb

Türkiyənin Ağrı vilayətininə yağan güclü yağış böyük fəsadlar yaradıb

Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonuna yağan güclü yağış böyük fəsadlar yaradıb.

SİA xəbər verir ki, Balık Gölü yolunun ətrafındakı kəndlər sel və daşqından böyük zərər çəkib. Məhəllə yollarını yuyan sel dərin yarğanlar əmələ gətirib.

Güclü selin apardığı 16 yaşlı Nurşah Taşın cəsədi tapılıb. İki nəfərin itkin düşdüyü bildirilir.

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici və bərpa qüvvələri təbii fəlakət bölgəsində fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə