Koronavirus pandemiyası yayıldıqdan sonra xəstəliklə mübarizə aparmaq üçün yardım vəqfindən 300 milyon dollar ianə edən “Microsoft”un qurucusu Bill Qeyts haqqında çıxan iddialarla boğuşur. SİA-nın məlumatına görə, ABŞ Prezidenti Donald Trampın daha əvvəl məsləhətçisi vəzifəsində işləmiş Rocer Stounun pandemiyanın yayılmasında Qeytsin rolu ola biləcəyini söyləməsi iş adamının səbr kasasını doldurub.
B.Qeyts bu iddiaları birmənalı şəkildə təkzib edib. Pandemiya ilə heç bir əlaqəsi olmadığını bildirən iş adamı bu iddiaların necə və nə zaman ortaya çıxdığından belə xəbəri olmadığını qeyd edib.
Dünyanın ən varlı insanlarından biri olan Qeyts xüsusilə ABŞ-ın COVID-19 pandemiyası qarşısındakı mövqeyini sərt şəkildə tənqid edib. O, ABŞ-dan gözlənilən liderliyi bu mövzuda ortaya qoymadığını və kifayət qədər koordinasiya qurmadığını iddia edib. Feysbuk və bənzər platformaların isə koronavirus ilə mübarizədə sinifdə qaldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB