Yeni inqilab dalğası - Maldiv

Maldiv Respublikasının paytaxtı Maledə nümayişçilərlə polis arasında ciddi toqquşma olub. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, hakimiyyətin istefasını tələb edən nümayişçilər polisin tərəfindən edilən təzyiqlərə baxmayaraq, xeyli müddət müqavimət göstərib və geri çəkilməyib.

 

Minlərlə insan prezident Mohamad Naşidin istefa verməyəcəyi təqdirdə, aksiyaların dayandırılmayacağını bəyan edib. Toqquşmalarda iştirak etmiş bir neçə nəfər həbs olunub. Hazırda nümayişlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə