Ermənistanda virusa yoluxanların sayı 35 min 693-ə yüksəlib

Ermənistanda virusa yoluxanların sayı 35 min 693-ə yüksəlib

Ermənistanda daha 439 nəfərdə koronavirus aşkarlanıb. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 35 min 693-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 16 nəfər artaraq 678-yə çatıb. İndiyədək 24 min 766 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 min 032 aktiv koronavirus xəstəsi var.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə