Hulusi Akar Ankarada Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyyəni qəbul edib

Hulusi Akar Ankarada Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyyəni qəbul edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyyəni qəbul edib.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, görüş zamanı tərəflər müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı müzakirə ediblər.

H.Akar qeyd edib ki, Ankara və Doha bir sıra strateji sahələrdə tərəfdaşlıqlarını davam etdirirlər.

Xatırladaq ki, ötən həftə Hulusi Akar Qətərə səfər edib. Səfər zamanı Türkiyənin milli müdafiə naziri Qətərin əmiri Şeyx Tamim bin Hamad əl-Tani ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə