Ermənistanda koronavirusdan ölənlərin sayı 631-ə yüksəldi

Ermənistanda koronavirusdan ölənlərin sayı 631-ə yüksəldi

Ermənistanda daha 461 nəfərdə koronavirus aşkarlanıb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 34 462-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 631-ə çatıb. İndiyədək 23 123 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 507 aktiv koronavirus xəstəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə