İtaliyada son sutkada koronavirusdan 20 nəfər ölüb. SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da ölkədə yeni virusdan ölənlərin ümumi sayı 35 min 017 nəfərə çatıb.
Koronavirus infeksiyası hallarının ümumi sayı isə son 24 saat ərzində 230 nəfər artaraq 243 min 736-ya yüksəlib.
Hazırda COVID-19-a yoluxmuş 12 min 473 aktiv xəstənin olduğu bildirilir. Reanimasiya şöbələrində 53 nəfər müalicə alır.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB