ABŞ-da sutka ərzində aşkar edilən yeni koronavirusa yoluxma hallarının sayı 67 mini keçib

ABŞ-da sutka ərzində aşkar edilən yeni koronavirusa yoluxma hallarının sayı 67 mini keçib

ABŞ-da sutka ərzində aşkar edilən yeni koronavirusa yoluxma hallarının sayı rekord həddə çatıb və 67 mini keçib.

SİA xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin saytında yerləşdirilən məlumatda bildirilib.

Məlumata əsasən, ABŞ-da 15 iyulda 67,3 min koronavirusa yoluxma halı, 14 iyulda isə 67,4 min yoluxma halı təsdiqlənib.

Son həftələrdə Florida, Arizona, Texas və Kaliforniya da daxil olmaqla ABŞ-ın bir neçə ştatında Rekord xəstələnmə göstəricləri qeydə alınıb.

Bununla əlaqədar, yerli hakimiyyət orqanları sanitariya məhdudiyyətlərinin yüngülləşdirilməsi və ya ləğv edilməsi prosesini dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə