İranda daha 2 500 nəfər koronavirusa yoluxub

İranda ötən sutka ərzində daha 2 500 nəfər koronavirusa (COVID19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 267 061 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 471 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 198 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 13 608 nəfərə çatıb.

Nazirlik rəsmisi İranda indiyədək 230 608 nəfərin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, İranın 31 vilayətindən 25 vilayəti qırmızı və narıncı zona olaraq qiymətləndirilir.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,07 milyondan çox test həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...