Ərdoğan Qəddafini istefaya çağırıb

Ərdoğan Qəddafini istefaya çağırıb

Müəmmar Qəddafinin vəzifəsindən istefa verməsi vacibdir. Biz bunu bir dəfə vurğulamışıq. Təəssüf ki, Qəddafi öz xalqına qarşı zülmü rəva görür. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Liviyada stabilliyin əldə olunması üçün atılması vacib olan ilk addım Qəddafinin hakimiyyətdən getməsidir: "Ən düzgün addım iqtidarı əsl sahibi olan xalqa verməkdir. Liviya bir nəfərin mülkü deyil, bütün liviyalılarındır. Övlad itkisi böyük acıdır. Müəmmar Qəddafinin bu acını yaşadığını bilirik. Amma Liviyada ölən insanların da ailələrinin olduğunu xatırlatmaq istəyirik".

 

Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara dərhal atəşkəsin elan edilməsinin, əsgərlərin şəhərlərdən çıxarılmasının, bütün bölgələrə elektrik, qaz və su nəqlinə başlanılmasının tərəfdarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə