ABŞ Avropanı fəth edir. Söhbət illər boyu Amerikanın Qərbdə raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsindən gedir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, artıq Rumıniya bu ölkənin ərazisində amerikanın raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə dair razılıq verib. Bunu Rumıniya prezidenti Trayan Besesku televiziya ilə xalqa müraciətində deyib.
Prezident razılığın verilməsini belə əsaslandırıb: "Raket əleyhinə müdafiə sistemləri Rumıniya ərazisində Rusiya tərəfindən mümkün təcavüzdən müdafiə üçün deyil. Lakin Rumıniyanın komandanlığı altında qalacaq həmin obyektdə 200-500 amerika hərbçisinin yerləşdirilməsi planlaşdırılır".
Qeyd edək ki, ABŞ-ın raket əleyhinə müdafiə sistemləri Rumıniyanın cənubundakı Olt bölgəsində hərbi-hava qüvvələrinin keçmiş bazasında yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB