Dünya liderləri narahatdırlar

Dünya liderləri narahatdırlar
Dünya liderləri Üsamə bin Ladenin öldürülməsindən sonra təşkilatın intiqam almasından narahatdırlar. SİA-nın xəbərinə görə, müxtəlif ölkələrin liderləri "Əl Qaidə" lideri Üsamə bin Ladenin öldürülməsindən sonra təşkilatın intiqam almaq məqsədilə terror aktları təşkil edəcəyinə dair xəbərdarlıq bildirirlər. Bir çox ölkələrdə bununla əlaqədar olaraq təhlükəsizlik tədbirləri artırılır.

"İnterpol"un yaydığı xəbərdarlıqdan sonra Avropa ölkələrinin bir çoxunda təhlükəsizlik tədbirləri artırılıb, vətəndaşlardan ayıq-sayıq olmaları istənilib. ABŞ da bütün dünya amerikalılarına təhlükəzilik xəbərdarlığı edib. İngiltərənin baş naziri Devid Kemeron hər zamankından daha sayıq olunmağı söyləyib və insanları aksiyalardan, qələbəlik məkanlardan uzaq olmağa çağırıb. NATO isə Bin Ladenin öldürülməsini önəmli uğur adlandıraraq 150 min əsgərlə Əfqanıstanın yenidən radikallığın mərkəzi olmaması üçün çalışacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə