Koronavirusdan ölənlərin sayı 10 mini keçdi - Rusiyada

Rusiyada son sutka ərzində 6 min 562 nəfər koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 700 min 792-yə çıxıb.

Ölənlərin sayı isə 172 nəfər artaraq 10 min 667-yə çatıb.

Bu günədək ölkədə 472 min 511 nəfər xəstəlikdən sağalıb.

Ümumilikdə 21 milyon 700 min insan COVID-19 testindən keçib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə