Çinin xarici valyuta ehtiyatları əvvəlki ayla müqayisədə 0,3 faiz artıb

İyunda Çinin xarici valyuta ehtiyatları əvvəlki ayla müqayisədə 0,3 faiz və ya 10,6 milyard ABŞ dolları artıb.

SİA Çin Xarici Valyuta Administrasiyasına istinadla xəbər verir ki, hazırda ölkənin valyuta ehtiyatları 3,1123 trilyon dollar təşkil edir.

Administrasiyanın rəsmisi Van Çunyin deyib ki, valyuta ehtiyatlarının həcminin artmasına mübadilə məzənnələrinin və aktivlərin qiymətlərinin dəyişməsi də daxil olmaqla bir çox amillər təsir göstərib.

Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...