Yaponiya parlamenti zəlzələ büdcəsini təsdiqlədi

Yaponiya parlamenti zəlzələ büdcəsini təsdiqlədi

Yaponiyada 11 mart tarixində baş verən zəlzələ üçün 49 milyard dollarlıq büdcə nəzərdə tutulub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu büdcə ilə zəlzələnin faciəvi nəticələri aradan qaldırılacaq.

 

Açıqlanan son rəqəmlərə görə, zəlzələ nəticəsində ölənlərin sayı 14 min 704-dür. Səlahiyyətlilər 10 min 969 adamın da itkin olduğunu söyləyir. Zəlzələnin zərərinin 300 milyard dollar olduğu bildirilir. Maliyyə naziri Yoşihiko Noda inşa layihələri üçün yaxın günlərdə yeni bir mənbə paketini açıqlayacaqlarını söyləyib.

 

Yaponiya hal-hazırda iqtisadi gücündən iki dəfə çox borc yükü altındadır. Zəlzələ və sunamidən sonra yaşanan elektrik kəsilmələri və vəsait çətinliyi ixracata əhəmiyyətli zərbə vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə