ABŞ-ın Portlend şəhərində polis 21 nəfər aksiya iştirakçısını saxlayıb

ABŞ-ın Oreqon ştatında, Portlend şəhərində etirazçılarla polis qüvvələri arasında baş verən qarşıdurmadan sonra 21 nəfər aksiya iştirakçısı saxlanılıb.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Saxlanılanlar ictimai asayişi pozmaqda, polisə hücumda və iğtişaşlarda şübhəli bilinirlər. Bundan əlavə, bəziləri dövlət əmlakına ziyan vurmaqda və ABŞ-ın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına hücum etməkdə günahlandırılırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə