Türkiyədə lunaparklar açılır

Türkiyədə lunaparkların açılacağı tarix məlum olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin Daxili İşlər Nazirliyi lunaparkların 6 iyulda fəaliyyətə başlayacağını açıqlayıb. Bildirilir ki, ziyarətçilərin gigiyena, maska və sosial məsafə qaydalarına əməl etməsi üçün ciddi tədbirlər görüləcək, giriş-çıxışlar insanların bir-birləri ilə təmaslarının qarşısı alınacaq şəkildə tənzimlənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə