Nigeriyada 50 min şirkət bağlanılır

Nigeriyada 50 min şirkət bağlanılır

Nigeriyada 50 min şirkət bağlanacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə şirkətlərin fəaliyyətlərinə nəzarət edən Təşkilati Əlaqələr Komissiyası (CAC) 50 min şirkət adının komissiyanın siyahısından silinəcəyini açıqlayıb.

 

Komissiyanın yeni qərarının şirkətlərə məktubla çatdırıldığını deyən CAC-ın xüsusi məsləhətçisi Alhajı Əbubəkir bildirib ki, şirkətlərin komissiyaya illik büdcələrini təqdim edə bilməməsi bağlanılmalarının ən böyük səbəbidir. O, bəzi şirkətlərin ünvanlarını səhv qeyd etdikləri üçün məktublarının yenidən onlara qayıtdığını deyib.

 

Qeyd edək ki, CAC 2008-ci ildə də 400 min şirkəti "iqtisadiyyata faydaları olmadığı üçün" bağlamışdı. Əhalisinin sayına görə, Afrikanın ən böyük ölkəsi olan Nigeriya eyni zamanda qitənin ən böyük neft istehsalçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə