Braziliyada son 24 saatda təxminən 42,2 min nəfərdə koronavirus aşkar olunub

Braziliyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1 539 081-ə çatıb. Son 24 saatda 42 223 nəfərdə koronavirus aşkar olunub.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ümumilikdə Braziliyada 63 174 nəfər koronavirusdan dünyasını dəyişib, son sutkada 1290 virusa yoluxmuş xəstə vəfat edib.

Virusa yoluxmuş 868 372 ölkə əhalisi isə müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə