Almaniya ABŞ-ın sanksiyalarını rədd etdi

Almaniya ABŞ-ın "Şimal axını 2"ni təhdid edən sanksiyaları rədd edib. SİA xəbər verir ki, bu barədə Almaniya Kansleri Angela Merkel bildirib.

Onun sözlərinə görə, Berlin boru kəmərinin inşasını başa çatdırmağı vacib sayır: "Almaniya "Şimal axını 2″ layihəsini iqtisadi cəhətdən qiymətləndirməyə davam edir və bunun tamamlanmasını zəruri sayır. Layihəni bitirməyin doğru olduğunu düşünürük və bu ruhda çalışırıq".

Merkelin fikrincə, ABŞ-ın təhdid etdiyi xarici sanksiyalar Almaniyada mövcud olan qanunlara uyğun deyil.

Qeyd edək ki, ABŞ senatı "Şimal axını 2" layihəsi əleyhinə əlavə sanksiyaları Birləşmiş Ştatların müdafiə büdcəsinə daxil edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə