ABŞ-da 2012-ci ildə keçiriləcək prezident seçkilərindən əvvəl Respublikaçı Partiyanın namizədlərindən biri olan Mitt Romney gündəmi alt-üst edən bir açıqlama verib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Mitt Romney ABŞ-ın dövlət başçısı Barak Obamanı "asacağını" bildirib.
2008-ci ildəki prezident seçkisində də namizədliyini irəli sürən Romney Obamanın iqtisadi sahədə həyata keçirdiyi siyasətlə bağlı düşüncələrini belə ifadə edib: "Obamanın boynundan "Obama Səfillik göstəricisi" adlı yazı asacağıq. Obamanı bu cür üsullarla asacağıq".
Sözləri ilə ortalığı bir-birinə qatdığını hiss edən Romney "Təbii ki, yalnız məcazi olaraq asacağıq", - deyərək vəziyyəti düzəltməyə çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB