Çin İrana bir milyard dollar investisiya qoyacaq. SİA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran-Çin Birgə Ticarət Ofisinin başçısı Əsədullah Əskərövladı çinlilərin sanksiyalara baxmayaraq İranda investisiyalarını bir milyard dollara yüksəltməyi planlaşdırdığını açıqlayıb.
Mətbuat konfransında danışan İran səlahiyyətlisi Çin şirkətlərinin indiyə qədər İranda 570 milyon dollar isvestisiya qoyduğunu bildirib. O, İranın da Çində 38 milyon dollar isvestisiya qoyduğunu, İran şirkətlərinin bundan sonra ən azı 80 milyon dollar isvestisiya qoymağı nəzərdə tutğunu deyib.
İran-Çin Birgə Ticarət Ofisinin başçısı ölkəsinə tətbiq edilən sanksiyalara baxmayaraq Çinin 2011 və 2012-ci illərdə İranda investisiyalarını artıracağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB