Sarkisyan bu gün İsveçrə Konfederasiyasına rəsmi səfər edəcək

Sarkisyan bu gün İsveçrə Konfederasiyasına rəsmi səfər edəcək

Ermənistan prezidenti Serj Sarkisyan bu gün İsveçrə Konfederasiyasına rəsmi səfər edəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Sərkisyan İsveçrənin prezidneti Mişlin Kalımi-Rey, Milli Şuranın rəhbəri Jan-Rene Jermanla, İsveçrədə yaşayan erməni icmasının nümayəndələri ilə görüşü nəzərdə tutulub.

 

Ermənistan dövlət başçısı həmçinin Cenevrə şəhərində 25-ci Beynəlxalq Kitab və Mətbuat Sərgisində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə