Fransada son sutka ərzində xəstəxanalarda koronavirusdan 35 ölüm faktı qeydə alınıb

Fransada COVID-19 epidemiyası nəzarət altında olsa da, can almaqda davam edir.

SİA Fransanın Səhiyyə üzrə Baş İdarəsinin məlumatına istinadən xəbər verir ki, son sutka ərzində xəstəxanalarda 35 ölüm faktı qeydə alınıb. Beləliklə, bu ölkədə koronavirusdan ölənlərin sayı 29 min 813 nəfərə çatıb.

Son 24 saat ərzində xəstəxanalara 102 yeni xəstə qəbul edilib və belə pasiyentlərin ümumi sayı 8688 olub. Reanimasiya şöbələrində 619 nəfər hələ də ağır vəziyyətdədir.

Qeyd edək ki, Fransada epidemiya başlayandan bəri xəstəxanalara 104 min 482 pasiyent qəbul edilib. Onlardan 75 min 999 nəfəri sağalıb, 19 min 325 nəfəri isə dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə