Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 178 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 178 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 178 mindən çox artıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 29-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 178 328 nəfər yeni koronavirusa yoluxub, 4 153 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 10 021 401, ölənlərin isə 499 913 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 042 486 yoluxma və 244 791 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 673 131, ölənlərin sayı isə 196 835 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 041 774 yoluxma və 23 888 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə