Türkiyə XİN Vaşinqtonda Atatürkün heykəlinin təhqir olunmasına sərt mövqeyini bildirib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Vaşinqtondakı səfirliyinin önündə Mustafa Kamal Atatürkün heykəlinin təhqir olunması ilə bağlı sərt mövqe bildirib.

SİA xəbər verir ki, Türkiyə XİN-in sözcüsü Hami Aksoy APA-nın yerli bürosuna verdiyi məlumatda bildirib ki, dünya tarixində müstəsna mövqeyi olan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heykəli üzərinə əski parçası asmaq kimi çirkin bir hərəkət ulu öndərin əziz xatirəsinə və şanlı türk tarixinə heç bir xələl gətirə bilməz:

“Bu mənfur hərəkətin günahkarlarının tapılıb cəzalandırılması üçün Vaşinqtondakı səfirliyimiz ABŞ hakimiyyəti ilə birlikdə lazımi fəaliyyətə başlayıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə