Ekvadorda vulkan püskürür

Ekvadorun mərkəzi hissəsində yerləşən Tunquraua vulkanında püskürmə müşahidə olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, vulkan 8 kilometr hündürlüyə kül püskürür. Vulkanın kraterindən havaya atılan iri daş parçalarının isə 2 kilometrə qədər olan ərazidə yerə düşdüyü bildirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqda yerləşən yaşayış məntəqələrindən azı 300 nəfərin təxliyyəsi həyata keçirilib.

Həmçinin həmin ərazidə olan hava limanının bağlandığı və bir sıra məktəblərdə tədris prosesinin dayandırıldığı qeyd olunur. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür. Qeyd edək ki, ölkənin paytaxtı Kito şəhərindən 135 km cənub-şərqdə yerləşən və hündürlüyü 5023 metr olan vulkan 1999-cu ildən etibarən aktiv hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə