Türkiyənin Manisa, İstanbul, Bursa, İzmir və Çanaqqala şəhərlərində 5,5 bal gücündə zəlzələ olub.
SİA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 10:21-də qeydə alınıb.
Zəlzələnin episetri Manisa şəhərinin Saruhanlı rayonunda 9,29 km dərinlikdə yerləşib.
Dağıntı və itkilər barədə məlumat verilmir.
Xatırladaq ki, ötən gün Türkiyə-İran sərhədində, Van vilayətində 5.3 bal gücündə zəlzələ olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB