Müxalif partiyalar Paşinyana qarşı birləşdi

Müxalif partiyalar Paşinyana qarşı birləşdi

Ermənistanda üç müxalif partiya arasında görüş baş tutub. SİA xəbər verir ki, Ermənistanın "Daşnaksütyun", "Çiçəklənən Ermənistan" və "Vətən" partiyalarının liderləri İşxan Saqatelyan, Qaqik Sarukyan və Artur Vanetsiyan arasında görüş keçirilib.

Belə ki, partiya liderləri görüşdə ölkədəki konstitusiya nizamının bərpasının müzakirəsi aparılıb.

Tərəflər gələcək fəaliyyətlərin koordinasiya edilməsi üçün işçi qrup yaratmaq barədə razılaşıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə