ABŞ-ın uzun müddətdir ki, ələ keçirmək istədiyi "Əl-Qaidə" lideri Usamə bin Laden öldürülüb. SİA-nın "Doğan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ rəsmi mövqeləri tərəfindən edilən şərhdə onun Əfqanıstanda təşkil edilən bir əməliyyatla ölü olaraq ələ keçirildiyi bildirilib. Ladenin cəsədinin ABŞ-ın əlində olduğu ifadə olunub.
Hadisə ilə bağlı Ağ ev şərh verib. ABŞ prezidenti Barak Obama son zamanlar reallaşdırılan kəşfiyyat fəaliyyəti nəticəsində Usamə bin Ladenin yerinin müəyyən olunduğunu və özünün təlimatı ilə həyata keçirilən quru əməliyyatı nəticəsində ölü olaraq ələ keçirildiyini söyləyib. "Əl-Qaidə" liderinin ölü olaraq ələ keçirilməsi ilə bağlı ABŞ mediasında verilən xəbərlərdə Kəşfiyyat İdarəsinin Ladenin DNT nümunələrinin müqayisə edildiyi və ölü olaraq ələ keçirilən adamın məhz dünyanın bir nömrəli terrorçusu olduğu ifadə olunub. Çoxlu sayda ABŞ vətəndaşı xəbəri Ağ ev qarşısında coşğu ilə qeyd etməyə başlayıb.
Qeyd edək ki, Üsamə bin Laden 1980-ci illərdə keçmiş SSRİ-yə qarşı müharibədə mücahidlərin əhəmiyyətli liderlərindən olub. Usamə bin Laden Əfqanıstan müharibəsindən sonra, 1990-cı illərin əvvəlində ABŞ-a, 1998-ci ildə isə bütün amerikalılara qarşı müharibə elan edib. Afrikada ABŞ səfirliyinin bombalanması ilə ABŞ-ın terror siyahısında ən çox axtarılanlar arasında ilk sıraya çıxan Laden 11 sentyabr hücumlarına görə də ittiham olunurdu. ABŞ və ümumilikdə dünyanın tarixinə dərin iz buraxan bu hadisənin məsuliyyətini üzərinə götürən "Əl-Qaidə" və lideri Laden Səudiyyə Ərəbistanı mənşəli idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB