Belarusda son sutkada koronavirusa yoluxma sayı 569 nəfər artaraq 58 505 nəfərə çatıb

Belarusda son sutkada koronavirusa yoluxma sayı 569 nəfər artaraq 58 505 nəfərə çatıb

Belarusda sutkada koronavirusa yoluxma sayı 569 nəfər artaraq 58 505-ə çatıb.

SİA xəbər verir ki, bu barədə ölkə Səhiyyə Nazirliyi bildirib.

Ümumilikdə 346 nəfərin öldüyü, 37 666 xəstənin sağaldığı qeyd olunur.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Vuhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığını deyib. Xəstəliyin törədicisi, COVID-19 xəstəliyinə səbəb olan yeni növ koronavirus SARS-CoV-2-dir. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun yayılmasını pandemiya elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə