Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 927 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 248 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 186 493 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 312 nəfər olmaqla 158 828 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 41 112 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə