Ermənistanda koronavirusa yoluxanların sayı 18 033 nəfərə çatıb. Erməni KİV-ləri xəbər verir ki, son sutka ərzində 544 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 9 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 302 nəfər koronavirusdan ölüb, 10 917 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB