Ermənistanda koronavirusdan ölənlərin sayı 300-ə çatır

Ermənistanda koronavirusdan ölənlərin sayı 300-ə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 17 489 nəfərə çatıb. Erməni KİV-ləri məlumat verir ki, son sutka ərzində 425 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 293 nəfər koronavirusdan ölüb, 10 625 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə