Rusiya və Fransanın səhiyyə nazirləri müzakirə aparacaqlar

Rusiya və Fransanın səhiyyə nazirləri müzakirə aparacaqlar

Rusiyanın səhiyyə naziri Mixail Muraşko cümə axşamı fransalı həmkarı Olivier Veran ilə koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyəti müzakirə edəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov deyib.

"Rusiya və Fransanın səhiyyə nazirləri Mixail Muraşko və Olivier Veran cümə axşamı günü telefonla koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyəti müzakirə edəcəklər", deyə Kuznetsov RİA Novosti-yə bildirib.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 bağlı vəziyyəti pandemiya elan edib. ÜST-nin son məlumatına görə, dünyada 7.6 milyondan çox yoluxma hadisəsi aşkarlanıb, 427 mindən çox insan ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə