Qazaxıstanda koronavirusa daha 258 nəfər yoluxdu

Qazaxıstanda koronavirusa daha 258 nəfər yoluxdu

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa 258 yoluxma halı qeydə alınıb.

"Kazinform"un verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 496 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində 3 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 73 nəfər təşkil edir.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların 9 056 nəfəri sağalaraq evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə