Ermənistanda rekord yoluxma

Ermənistanda son sutka ərzində 723 nəfərə koronavirus diaqnozu qoyulub. Bu da ölkənin pandemiya tarixində rekord rəqəmdir. SİA-nın məlumatına görə, ölkədə infeksiyaya yoluxanların sayı 16 min 4-ə çatıb.

Son gündə 6 nəfər ölüb. Beləliklə, ümumi say 264 olub.

Bu günədək ölkədə 6 min 81 nəfər sağalıb. Hazırda Ermənistanda 9 min 659 aktiv koronavirus xəstəsi var.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə