Koronavirus xəstələrinin 1/4-i bu virusa xəstəxanalarda yoluxub Böyük Britaniyada

Koronavirus xəstələrinin 1/4-i bu virusa xəstəxanalarda yoluxub  Böyük Britaniyada

Böyük Britaniyada koronavirus xəstələrinin 22 faizi tibb müəssisələrində bu virusa yoluxub. Britaniya mətbuatının verdiyi məlumata görə, bu, ölkə ərazisində keçirilmiş tədqiqat nəticəsində müəyyən edilib.

Mütəxəssislər hesab edir ki, buna səbəb uzun müddət xəstəxanalarda sosial məsafə qaydalarına əməl olunmamasıdır. Tədqiqatın nəticələri onu göstərir ki, ölkədə koronavirusdan ölüm hallarının 11 faizi məhz xəstəxanada yoluxmanın nəticəsində olub.

Son zamanlarda əksər Böyük Britaniya sakinləri təkrar yoluxma hallarının artmasında milli səhiyyə sistemini təqsirləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə