Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır

Ermənistan hakimiyyəti fövqəladə vəziyyət rejimini artıq üçüncü dəfə uzadır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Hraparak qəzeti yazır.

İqtidar dairələrindəki mənbələrə görə, fövqəladə vəziyyət rejiminin uzadılması siyasi proseslərlə əlaqədardır. Hakimiyyət, daxili siyasi kəskinləşmə və kütləvi aksiyaların ssenarilərini nəzərə alaraq bu qərara gəlib. Məlum olduğu kimi, fövqəladə vəziyyət zamanı etiraz aksiyaları keçirmək qadağandır.
Xatırladaq ki, son genişləndirilmiş fövqəladə vəziyyət iyunun 13-də, saat 17: 00-da başa çatırdı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə