“Ermənistanda baş verənlər ölkənin təhlükəsizliyinə birbaşa təhdiddir" Artur Vanesyan

“Ermənistanda baş verənlər ölkənin təhlükəsizliyinə birbaşa təhdiddir" Artur Vanesyan

Eduard Martirosyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilməsinin səbəbi barədə dəqiq məlumatım yoxdur. SİA aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri sözügedən sayta müsahibəsində “Rodina” partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan bildirib.

“Ancaq deyə bilərəm ki, “cadugər ovu orta əsrlər Avropasında, inkvizisiya dövründə aparılıb. Sonra da şeytanı yox, guya şeytana ibadət edən insanları axtarırdılar. Bu, sadəcə iyrəncdir. Bu gün Ermənistanda baş verənlər ölkənin təhlükəsizliyinə birbaşa təhdiddir", deyə Vanesyan bildirib.

Xatırladaq ki, 29 yaşlı Arişti Karamyan Ermənistan Milli Təhlükəsizlik Şurasının direktoru vəzifəsinə təyin olunub və bu da həmin ölkədə narazılıqla qarşılanır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə