Livanda yerli valyuta dollara qarşı rekord səviyyədə dəyərdən düşüb. SİA xəbər verir ki, əhalinə bu vəziyyə etiraz etmək üçün aksiyalara başlayıb.
Belə ki, etirazçılar paytaxt Beyrutda yerləşən Mərkəzi Banka daxil olmağa çalışıblar.
Ölkədə davam edən iqtisadi böhran nəticəsində milli valyuta dollara nisbətdə rekord səviyyədə aşağı düşüb və etirazçılar paytaxt Beyrutda keçələrdə yolları bağlayıb, zibil qablarını yandırıb və ictimai asayişi pozublar.
Daha sonra etirazçılar Mərkəzi Banka girməyə və böyük dəmir darvazaları aşmağa çalışıblar. Lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra etirazçılar geri çəkilməli olub.
Beyrut şəhərinin mərkəzindəki Hökümət Sarayının qarşısında yanğın törədən və ətrafdakı müəssisələrə ziyan vuran etirazçılar təhlükəsizlik qüvvələri ilə qarşı qarşıya gəlib.
Livan Qırmızı Xaç Təşkilatı "Twitter" hesabından açıqlama verərək Tripoli şəhərində nümayişlərdə zədə alan 33 nəfərə ilkin yardım göstərildiyini və 8 yaralının xəstəxanaya yerləşdirildiyini elan edib. Açıqlamada paytaxt Beyrutda Riyad Səfirliyi Meydanında bu tipdə yardımların davam etdirildiyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB