ABŞ-ın cənubunda qeydə alınmış tornado və intensiv yağıntılar bir neçə ştatda subasma və dağıntılar nəticəsində ölənlərin sayı 266 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, ən böyük tələfat Alabama ştatında qeydə alınıb. Orada təbii fəlakət 162 nəfərin həyatına son qoyub. Tuskulaza şəhərində 1,6 kilometr enində tornado baş verib. Missisipi ştatının hökuməti 32 nəfərin öldüyünü təsdiqləyib. Tennesi ştatında 30, Corciyada isə 10 nəfər ölüb. Virciniyada 8 nəfərin ölümü barədə məlumatlar olsada, ştat hökuməti bunu təsdiqləməyib.
Mövcud vəziyyətlə əlaqədar Alabama, Arkanzas, Tennesi ştatlarında, həmçinin, Missisipi ştatının 39 rayonunda fövqəladə vəziyyət hələ də davam edir.Hadisə bölgələrində axtarış-xilasetmə işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB