Türkiyə İrandan başqa bütün ölkələrə sərhədlərini açdı SON DƏQİQƏ

Türkiyə İrandan başqa bütün ölkələrə sərhədlərini açdı SON DƏQİQƏ

Türkiyə yeni növ koronavirusla mübarizə çərçivəsində bağladığı sərhədlərini İran istisna olmaqla bütün xarici dövlətlərə açıb. SİA xəbər verir ki, Türkiyə vətəndaşlarının və xarici vətəndaşların ölkəyə girişini və çıxışını qadağan edən bütün müddəalar ləğv edilib.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla və Nazirlər Kabineti nümayəndələri COVID-19-la mübarəz tədbirləri çərçivəsində əldə edilən irəliləyişləri nəzərə alaraq quru, hava və su yolu sərhədlərinin açılması məsələsi müzakirə edilib.

Belə ki, Nazirlər Kabineti xarici vətəndaşların Türkiyəyə keçid etməsini, türk vətəndaşlarının ölkəni tərk etməsi ilə bağlı hava yolu vasitəsilə tətbiq edilmiş qadağa, İran ərazisinə giriş və çıxış istisna olmaqla ləğv edilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə