Fransada koronavirus qurbanlarının sayı 29,3 mini ötüb

Fransada koronavirus qurbanlarının sayı 29,3 mini ötüb

Fransada koronavirus qurbanlarının sayı artmaqda davam edir. Son sutka ərzində 27 nəfər infeksiyanın qurbanına çevrilib, ümumilikdə eyni səbəbdən ölənlərin sayı 29 346-ya çatıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilir ki, ölən 29 346-dan 18 962 nəfəri xəstəxanalarda keçinib. Epidemiyanın başlanğıcından bəri Fransada 103 067 nəfər xəstəxanaya müraciət edib ki, onların da 18 167-si reanimasiyaya yerləşdirilib. 72 149 nəfər sağalaraq evə buraxılıb.

“Hazırda 11 465 nəfər xəstəxanalarda qalır. Son bir sutkada 143 nəfər xəstəxanaya çatdırılıb. Vəziyyətləri ağır olan 903 koronaviruslu xəstə reanimasiyadadır”, - deyə idarənin məlumatında qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə