“Bu oyunun yalnız başlanğıcıdır, yeni dalğa gözlənilir” Ermənistan mətbuatı yazır

“Bu oyunun yalnız başlanğıcıdır, yeni dalğa gözlənilir” Ermənistan mətbuatı yazır

“Son günlər güc blokunda ciddi dəyişikliklərin şahidi olduq və Milli Təhlükəsizlik Xidməti direktoru, polis rəisi və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifələrindən azad edildi. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazır.

Bunlar əvvəlcə Dövlət Gəlirlər Komitəsi sədrinin istefası ilə başlandı", deyə qəzet yazır. Nəşrin yazdığına görə, baş verənlər oyunun başlanğıcıdır, çünki gələcəkdə yeni dəyişmə dalğası gözlənilir.

“Mənbələrimizə görə, Nikol Paşinyan “kadr təmizləməsini” iki cəhətdən aparmaq niyyətindədir. Birincisi, mümkünsə dövlət sistemində işləyən bütün köhnə kadrlardan canını qurtarmaqdır, ikincisi isə, onunla "birgə addımlayan", lakin artıq ona deyil, özünə güvənən, etibarından istifadə edilməsi mümkün olmayan məmurları əvəz etmək. Belələri isə heç də az deyil. Artıq, həm yüksək vəzifəli məmurlar, həm kifayət qədər əsas vəzifələr tutan liderlər, həm də ikinci dərəcəli vəzifəli şəxslər öz vəzifələri, postları ilə vidalaşırlar”, deyə qəzet qeyd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə